Noy
2019
14:12
141
32
3418
Virtual karabakh

Bakıda avtomobildən oğurluq etməkdə şübhəli bilinən qadın tutuldu

2 Noy, 2019
14:12
3418

Bakıda avtomobildən oğurluq etməkdə şübhəli bilinən qadın tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtomobildən oğurluq etməkdə şübhəli bilinən gənc qadın tutulub.

Bu barədə Oxu.Az-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Oğurluq oktyabrın 31-də saat 17:00 radələrində Telnova küçəsində törədilib. Belə ki, 1966-cı il təvəllüdlü Maarif Əliyevə məxsus “Mercedes” markalı avtomobildən 250 manat oğurlanıb. Oğru avtomobilin qapısının kilidlənməməsindən yararlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 34-cü polis bölməsinin əməkdaşları şübhəli bilinən 1982-ci il təvəllüdlü E.Büniyatovanı saxlayıblar.

Müşahidə kameraları sayəsində qadın saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır. Əgər saxlanılan şəxsin digər avtomobil oğurluqları ilə əlaqəsi  ortaya çıxarsa, həbs olunacaq. Əks təqdirdə, inzibati cəza - cərimə cəzası alacaq.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri