Noy
2019
15:03
31
275
6130
Virtual karabakh

Bakıda toyda qan töküldü: Mahnı şifarişinə görə

2 Noy, 2019
15:03
6130

Bakıda toyda qan töküldü: Mahnı şifarişinə görə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər Rayon 3-cü Polis Bölməsinin əməkdaşları Naxçıvan Muxtar Respublikası Ordubad rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Ceyhun Kazım oğlu Bakıda toy mövsümünü kütləvi dava və bıçaqla açdığına görə saxlanılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bundan əvvəl yayılan məlumatlarda noyabrın 1-i saat 22:05-də Binə kəndində 1989-cu il təvəllüdlü Samiq Heydər oğlu Əliyev və 1976-cı il təvəllüdlü Elçin Qadir oğlu Əliyevin “Bənövşə” şadlıq evində baş tutan toy mərasimində yaranan münaqişə nəticəsində bıçaqlandığı bildirilib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, bıçaqlanma nəticəsində Naxçıvan MR-in Şərur bölgəsinin dörd sakini xəsarət alıb. Yaralanan E.Əliyev, S.Əliyev və Y.Əliyevin qarnından zədə aldığı bildirilir. Hadisə nəticəsində zərərçəkən 1986-cı il təvəllüdlü Nail Rahib oğlu Rzayev isə baş və sinəsindən yaralanıb.

Xəsarət alanlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Kişilər arasındakı münaqişə mahnı sifarişi üstündə baş verib. Onlar hansı musiqiyə rəqs edəcəkləri barədə razılığa gələ bilməyib. Nəticədə Məmmədov bıçağa əl atıb.

Qeyd edək ki, hadisə iştirakçıları sərxoş olub.

İstintaq Xəzər RİP-in istintaq şöbəsi tərəfindən aparılır.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri