Noy
2019
21:53
472
61
16718
Virtual karabakh

Bakıda kişi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçilərini partlatmaq istədi

4 Noy, 2019
21:53
16718

Bakıda kişi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçilərini partlatmaq istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı sakini Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçilərini qumbara ilə partlatmaqla hədələyib.

Hadisə ötən şənbə saat 15:30 radələrində Bakının Xətai rayonunda baş verib.

Bu barədə Oxu.Az-a məlumatlı hüquq mühafizə mənbələri məlumat verib.

Prokurorluğun işçiləri Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluqda təqsirləndirilən və axtarışda olan 1986-cı il təvəllüdlü Əfsun Rəcəbovun mənzilində məhkəmə qərarı ilə əməliyyat-axtarış keçiriblər.

Bu zaman Ə.Rəcəbovun mənzilinin qapısının ağzında 1992-ci il təvəllüdlü qaynı Natiq Qasımov görünüb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış aparıldığı üçün onu içəri buraxmayıblar.

N.Qasımov bu zaman bir əl qumbarası çıxararaq onun qoruyucu milini çəkib buraxıcı düyməsini basaraq partladacağını deyib.

36-cı Polis Bölməsinin əməkdaşları partlayışın qarşısını ala bilib. Onlar N.Qasımovu barmağını sursatın buraxıcı düyməsini çıxarmamağa inandıra bilib və bu vəziyyətdə onu Hövsan kəndi ərazisinə aparıblar.

Burada N.Qasımov əl qumbarasını gölə atıb və bununla da zərərsizləşdirilib.

N.Qasımova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah və döyüş sursatları əldə etmə və gəzdirmə) maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri