Noy
2019
23:59
151
14
4609
Virtual karabakh

Ehtiyat hissələrinin içərisində narkotik keçirmək istəyən şəxslər yaxalandılar - FOTO/VİDEO

4 Noy, 2019
23:59
4609

Ehtiyat hissələrinin içərisində narkotik keçirmək istəyən şəxslər yaxalandılar - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisinə qanunsuz olaraq narkotik vasitə gətirmək istəyən şəxs saxlanılıb. 

DGK-dan Oxu.Az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşları Məmmədov İbrahim Eldar oğlu və Qurbanov Qulam Əhməd oğluna məxsus əl yükləri rentgen aparatında yoxlanılarkən monitorda şübhəli cizgilər müşahidə olunub. 

Nəqliyyat vasitələrinin ehtiyat hissələrindən ibarət olan həmin yük saxlanılıb və təkrar yoxlanılıb. 

Yoxlama zamanı bir ədəd ağ rəngli sellofan torbada olan karton qutunun içərisində ehtiyat hissəsinin daxilindəki boşluqdan aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 2500 qram olan qara rəngli narkotik vasitə - tiryək aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri