15 
Noy
2019
00:02
9
127
3579
Virtual karabakh

Salyanda mühafizəçi bıçaqlandı

15 Noy, 2019
00:02
3579

Salyanda mühafizəçi bıçaqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyanda “mal bazarı”nda mühafizəçi bıçaqlanıb.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin “PMK-9” adlanan ərazisində baş verib. Həmin ərazidə yerləşən “mal bazarı”nda mühafizəçi işləyən Salyan şəhər sakini, 1989-cu il təvəllüdlü Novruzov Anar Saləddin oğlu tanımadığı şəxslər tərəfindən boğazından bıçaqlanıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. O, cərrahiyyə şöbəsində əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin kim və ya kimlər tərəfindən, hansı səbəbdən törədildiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri