16 
Noy
2019
01:23
13
309
10378
Virtual karabakh

Gəncədəki dəhşətli qətlin təfərrüatı bəlli oldu - YENİLƏNİB

Gəncədəki dəhşətli qətlin təfərrüatı məlum olub. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə ailə-məişət münaqişəsi zamanı baş verib. 

Belə ki, oğul fəhlə, atası isə usta işləyirmiş.  

Mərhum evə içkili halda gələn oğluna “piyansan, get yat, sabah işə gedəcəksən” deyib. 

Sərxoş halda atasına cavab qaytaran şəxs daha sonra mübahisənin uzanması ilə onu bıçaqlayıb və öldürüb. 

15 noyabr, 21:50

Gəncədə dəhşətli qətl hadisəsi baş verib.  

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, münaqişə zəminində oğul atasını qətlə yetirib.  

Gəncə şəhər Dəmiryolu, 6 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlunu bıçaqlayaraq öldürüb. 

Cinayəti törədərkən oğulun sərxoş olduğu bildirilir.  

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, qatil saxlanılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri