18 
Noy
2019
14:07
65
77
8235
Virtual karabakh

Bakıdakı dəhşətli qətlin təfərrüatı: Valideynləri qızlarının Türkiyədə yaşadığını düşünüblər

Bakının Sabunçu rayonunda 24 yaşlı qadının vəhşicəsinə öldürülməsinin detalları məlum olub.

Xatırladaq ki, 28 yaşlı Cəmşidzadə Dönməz Qabil oğlu Zabratda kirayədə qaldığı mənzildə birgə yaşadığı Mahmudova Afərim Vidadi qızını qətlə yetirib. Daha sonra Gəncəyə yola düşən qatil səhərisi gün polis orqanlarına təslim olub.

Hüquq mühafizə orqanlarından Oxu.az-a verilən məlumatda bildirilir ki, cinayəti törətmiş şəxs qadının boğazını kəsərək üzünə müxtəlif xəsarətlər yetirib.

Əldə olunan məlumatlara əsasən, tərəflərin yaxın qohumluq əlaqələri olub. 10 ay əvvəl Afərim Mahmudova həyat yoldaşından ayrılaraq valideyinləri ilə əlaqəsini kəsib. Yaxınları ehtimal edib ki, qızları yenidən ailə həyatı quraraq Türkiyəyə gedib. Əslində isə qətlə yetirilən qadın Zabratda ev kiralıyaraq Dönməz Cəmşidzadə ilə yaşayıb. Kürdəmir rayonunda kimya müəllimi işləyən kişi həftədə iki dəfə işi ilə əlaqədar rayona gedib.

İlkin məlumata görə, tərəflər arasında münaqişəyə Afərim Mahmudovanın valideynlərinin evinə geri qayıtmaq istəməsi və Cəmşidzadə ilə münasibətlərə son vermək haqda qərarı olub. Sonuncu buna etiraz edərək bıçağa əl atıb. 

Qeyd edək ki, qətl hadisəsi 15 noyabra keçən gecə törədilib. 

Cinayət fakt üzrə araşdırma davam edir. 

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri