22 
Noy
2019
13:03
13
98
5099
Virtual karabakh

Gülağa Tənhaya 19,5 milyon dollarlıq dələduzluq edən biznesmenin oğluna şərti cəza verildi

22 Noy, 2019
13:03
5099

Gülağa Tənhaya 19,5 milyon dollarlıq dələduzluq edən biznesmenin oğluna şərti cəza verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Lətif Qasımov və Zaur İsayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. İstintaq dövründə onların barələrində həbs qətimkan tədbiri seçilməmişdi. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş apellyasiya şikayəti veriblər. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır. 

Qeyd edək ki, L.Qasımov həbsdə olan “Real MTK”-nın rəhbəri İlham Qasımovun oğludur. İttiham aktına əsasən, L.Qasımovla Z.İsayev Təranə Dünyamalıyevaya qarşı 100 min manatdan çox dələduzluq ediblər. 

Daha əvvəl “Real MTK”-nın rəhbəri İ.Qasımov şair Gülağa Tənhanın (Gülağa Qəmbərov) 19,5 milyon dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 12 ilə endirilib. 

Xatırladaq ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri