25 
Noy
2019
12:50
15
153
5794
Virtual karabakh

Bakıda kişini qətlə yetirib yandırdılar

25 Noy, 2019
12:50
5794

Bakıda kişini qətlə yetirib yandırdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Bakı şəhərinin Nərimanov rayonunda dəhşətli qətl baş verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Noyabrın 23-də, saat 14:15 radələrində Nurəddin Süleymanov küçəsində tikinti meydanının təməl çuxurunda Naxçıvan şəhərinin 1964-cü il təvəllüdlü sakini Adəm Qibləli oğlu Abdullayevin yanmış cəsədi aşkarlanıb.

Müayinədən sonra patoloqoanatomlar cəsədin üzərində çoxsaylı bıçaq yaraları aşkarlayıblar. İlkin məlumatlara görə, kişi başqa yerdə öldürülüb.

Cinayətin iştirakçıları cəsədi avtomobildə N.Süleymanov küçəsinə gətirərək, onu  tikinti meydanındakı təməl çuxuruna atmaqla cəsəddən qurtulmağa çalışıblar.

18-ci polis bölməsinin əməkdaşlarının araşdırması zamanı şübhəlilərdən biri – Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Tuqay Gündüz oğlu Bayramov saxlanılıb.

İstintaqın versiyasına görə, dəhşətli qətldə bir neçə nəfərin əli var. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları qətldə bütün şübhəlilərin müəyyənləşdirilməsinə çalışırlar.

Saxlanılan şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü (“Hərbi hissəni icazəsiz tərk etmə”) və 334-cü (“Fərarilik”) maddələri ilə məhkum olunub.

Bildirilir ki, qətlə yetirilən Adəm Abdullayev əlvan metalların toplanması və satışı ilə məşğul olurmuş.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri