25 
Noy
2019
15:03
53
191
12197
Virtual karabakh

Dedi-qoduya inanıb, bacısını doğradı - Qəbiristanlıqdakı dəhşətli qətlin təfərrüatı

25 Noy, 2019
15:03
12197

Dedi-qoduya inanıb, bacısını doğradı - Qəbiristanlıqdakı dəhşətli qətlin təfərrüatı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ceyranbatan qəbiristanlığında bacısını vəhşicəsinə qətlə yetirən 23 yaşlı Babək Fərzəliyev ilkin istintaqda özü və 20 yaşlı Aytən Fərzəliyeva arasında münaqişə barədə ifadə verib.

Bu barədə Oxu.Az hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla xəbər verir.

Qeyd edilir ki, B.Fərzəliyev bildirib ki, Abşeron rayonunda onun bacısının əxlaqsız həyat tərzi sürdüyü barədə söhbətlər gəzib. Bununla bağlı olaraq o, bacısından kişilərlə təsadüfi münasibətləri dayandırmasını istəyib. Buna cavab olaraq A.Fərzəliyeva necə yaşayacağı barədə özünün qərar verəcəyini deyib.

Noyabrın 24-də B.Fərzəliyev yenidən bacısı ilə telefon əlaqəsi saxlayıb və ondan anaları Kifayət Fərzəliyevanın məzarını ziyarət etmək üçün Ceyranbatan qəbiristanlığına gəlməsini istəyib.

Burada onlar arasında münaqişə yaşanıb, nəticədə, B.Fərzəliyev kiçik bacısının boğazını kəsib, sonra isə Bakı şəhərinin Yasamal rayonu 29-cu Polis Bölməsinə gələrək təqsirini etiraf edib.

Qeyd edək ki, qurbanın körpə uşağı qalıb.

Onu da vurğulayaq ki, faciəvi ölüm əslən Laçın rayonundan olan Fərzəliyevlər ailəsinin bütün qadınlarının başına gəlib.

2014-cü ilin avqust ayında elə Yasamal rayonunun 29-cu Polis Bölməsinin ərazisində - Yeni Yasamal qəsəbəsində 46 yaşlı Kifayət Fərzəliyeva və onun 17 yaşlı qızı Yeganə Fərzəliyeva doqquz mərbəli binanın sonuncu mərtəbəsindən özlərini atmışdılar. 

Buna görə, K.Fərzəliyevanın ərinə qarşı AR CK-nin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi qaldırılıb. O, dörd il müddətinə azadlıqdan məhrum edilib.

Məcburi köçkün ailəsi Ceyranbatan qəsəbəsində texniki peşə məktəbinin binasında yaşayırdı.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri