27 
Noy
2019
17:25
40
165
7035
Virtual karabakh

Həbsdən çıxıb bacısının sevgilisini öldürdü - MƏHKƏMƏ

27 Noy, 2019
17:25
7035

Həbsdən çıxıb bacısının sevgilisini öldürdü - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Mehrac Qəhrəmanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

Oxu.Az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası növbəti həftəyə təyin edilib. 

Hadisə bu il paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Bakı şəhər sakini 30 yaşlı Orxan Əliyev döyülərək qətlə yetirilib. 

Hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində O.Əliyevi döyərək qətlə yetirən Bərdə rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş M.Qəhrəmanov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən 42 yaşlı M.Qəhrəmanov bir neçə gün əvvəl həbsxanadan çıxıb. Əvvəllər də bir neçə dəfə məhkumluğu olan Mehrac azadlığa çıxandan sonra bacısının hərəkətlərindən şübhələnib.

O, bacısının telefonunda Orxanla yazışmalarını tapıb və onu axtarmağa başlayıb. Bakının mərkəzində Orxanla görüşən Mehrac onunla dalaşıb və döyərək xəsarətlər yetirib.

Bacısının sevgilisini öldürən şəxs onun meyitini Nəsimi bazarı kimi tanınan ticarət mərkəzinin yaxınlığındakı binalardan birinin zirzəmisinə ataraq uzaqlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri