27 
Noy
2019
19:55
17
253
5471
Virtual karabakh

İrandan Azərbaycana şirniyyatların içində 800 qram heroin keçirmək istədilər - FOTO

27 Noy, 2019
19:55
5471

İrandan Azərbaycana şirniyyatların içində 800 qram heroin keçirmək istədilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikası vətəndaşının əl yükləri rentgen aparatı ilə yoxlanılarkən monitorda şübhəli predmetlər müşahidə olunub. 

Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, vətəndaş sorğu-sual zamanı əl yüklərində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib. O, əlindəki sellofan torbada yalnız şirniyyat olduğunu qeyd edib. 

Lakin təkrar baxış zamanı sellofan torbada olan bir ədəd qutunun içində bir bükümdə, qablaşdırılması ilə birgə çəkisi 301 qram təşkil edən narkotik vasitə - heroin və bir bükümdə, üzərində “F/M40” nişanəsi olan 100 ədəd metadon həbləri aşkarlanıb. 

Bundan başqa, həmin sellofan torbada hər biri ayrı-ayrı polietilendə qablaşdırılmış şirniyyatların daxilində də cəmi üç bükümdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 502 qram olan heroin aşkar edilib. 

Beləliklə, aşkara çıxarılan bütün heroinin ümumilikdə çəkisi 803 qram təşkil edib. 

Onu da xatırladaq ki, aşkar olunan metadon həbləri də sintetik narkotik vasitə sayılır və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. 

Faktla bağlı araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri