27 
Noy
2019
21:00
189
84
5391
Virtual karabakh

Sərhəddə külli miqdarda pirotexniki vasitə saxlanıldı - FOTO

27 Noy, 2019
21:00
5391

Sərhəddə külli miqdarda pirotexniki vasitə saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında Gürcüstandan ölkəmizə idarə etdiyi “Opel Vectra” markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və şifahi sorğu-sual olunub. 

Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.  

Bunu baxmayaraq, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük baxışı zamanı nəqliyyat vasitəsinin damından, ümumilikdə 2655 ədəd pirotexniki vasitələr aşkarlanıb. 

Faktla bağlı araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri