28 
Noy
2019
17:14
25
141
3825
Virtual karabakh

Satıcı işlədiyi mağazadan götürdüyü tüfənglə həmyerlisini güllələdi

28 Noy, 2019
17:14
3825

Satıcı işlədiyi mağazadan götürdüyü tüfənglə həmyerlisini güllələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 27-də saat 19 radələrində Şamaxı şəhəri ərazisindəki “Ovçu” mağazalarından birinin satıcısı işləyən V.Əsgərovun həmin məkanda münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin döş nahiyəsinə və sol əlinə xəsarət yetirməsi barədə Şamaxı Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, V.Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə törədilərkən istifadə edilmiş “Oskar” markalı ov tüfəngi ondan götürülüb.

Şamaxı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri