29 
Noy
2019
01:28
22
281
22705
Virtual karabakh

Bakıda metro yaxınlığında qan töküldü: Orta yaşlı qadın bıçaqlanaraq öldürüldü - FOTO/VİDEO

29 Noy, 2019
01:28
22705

Bakıda metro yaxınlığında qan töküldü: Orta yaşlı qadın bıçaqlanaraq öldürüldü - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, metronun “Dərnəgül” stansiyası yaxınlığında orta yaşlı qadın naməlum şəxs tərəfindən bıçaqlanıb.

Süleyman Sani Axundov küçəsindəki kafenin yaxınlığında ürək, qarın və kürək nahiyəsindən 4 bıçaq xəsarəti alan yaralı xəstəxanaya çatdırılıb. Lakin qadın yolda keçinib.

Meyitin üzərinə ilkin baxış keçirilən zaman şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmayıb. İlkin məlumata görə, qətli törədən şəxslə qadın arasında mübahisə baş verib. Nəticədə həmin şəxs qadına bıçaqla xəsarət yetirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri