29 
Noy
2019
09:06
14
115
3483
Virtual karabakh

Gəncədə ata və oğlu bıçaqlandı

29 Noy, 2019
09:06
3483

Gəncədə ata və oğlu bıçaqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində mübahisə iki nəfərin bıçaqlanması ilə nəticələnib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Tərlan Xəyyam oğlu Hüseynov mübahisə zəminində bıçaqlanıb.

Mübahisə edənləri sakitləşdirmək istəyərkən onun atası Xəyyam Hüseynov da bıçaq xəsarəti alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisənin kim tərəfindən və mübahisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri