29 
Noy
2019
10:05
137
27
6372
Virtual karabakh

Bakıda kafenin qarşısında qadını amansızlıqla öldürən şəxs tutuldu

29 Noy, 2019
10:05
6372

Bakıda kafenin qarşısında qadını amansızlıqla öldürən şəxs tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 29-na keçən gecə Bakı şəhərinin Binəqədi rayonunda 30 yaşlarında gənc qadın bıçaqlanaraq öldürülüb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Cinayət metronun “Dərnəgül” stansiyasının yaxınlığındakı kiçik bir kafenin qarşısında törədilib.

İlkin məlumatlara görə, qadın bir kişi ilə mübahisə etdikdən sonra qətlə yetirilib. O, qadına beş bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

Ölən qadının şəxsiyyəti hələ müəyyənləşdirilməyib, bu istiqamətdə işlər davam etdirilir.

Binəqədi RPŞ-nin cinayət axtarış işçilərinin adı açıqlanmayan bir şübhəlini saxladığı məlum olub.

Qəsdən adam öldürmə faktı ilə cinayət işi açılıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri