Dek
2019
00:59
25
237
7318
Virtual karabakh

12 nəfəri öldürən qatil onların heyvanlarını da kəsib öz dükanında satdı - FOTO

1 Dek, 2019
00:59
7318

12 nəfəri öldürən qatil onların heyvanlarını da kəsib öz dükanında satdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Ordu vilayətində soyğunçuluğa görə tutulan şəxs 12 nəfərin qətlində şübhəli bilinir.

CNNTürk-ün xəbərinə görə, saxlanılan Mehmet Ali Çayıroğlunun telefonunda qurbanlarını öldürmədən öncə çəkdiyi şəkillər tapılıb. Samsun şəhərinə köçərək mağaza açıb işlədən M.Çayıroğlunun 12 nəfəri yanğın törədərək ya da zəhərləyərək öldürdüyü iddia olunur.

Polisin onun evində apardığı axtarış zamanı 3 ov tüfəngi, 4 telefon və öldürülən adamlara aid şəxsi əşyalar aşkar olunub. Araşdırma zamanı tüfənglərin və mobil telefonların da ölən şəxslərə aid olduğu bəlli olub.

Məlumata görə, M.Çayıroğlu öncədən seçdiyi yaşlı və yalnız yaşayan şəxslərlə heyvan almaq adı ilə razılığa gəlib. Sonra evlərinə gedərək qollarını plastik qandalla bağlayıb, dəm qazı ilə boğaraq öldürüb, sonra isə evlərini meyitlə birgə yandırıb. Alış-verişini etdiyi heyvanları da kəsərək dükanında satıb.

Onun qurbanları arasında 80 yaşlı qadın, onun 50 və 60 yaşlı əqli qüsurlu qızları, orta yaşlı kişi, onun oğlu və gəlini də var.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri