Dek
2019
19:08
198
45
5271
Virtual karabakh

Ağcabədidə marixuana satan şəxs tutuldu - FOTO

1 Dek, 2019
19:08
5271

Ağcabədidə marixuana satan şəxs tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcabədi rayonunda narkotik maddə satan şəxs tutulub. 

Ağcabədi rayon polis şöbəsindən Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinə verilən məlumata görə, şəhər sakini Quliyev Samir Natiq oğlunun qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması, üzərində və evində narkotik vasitələr saxlaması barədə rayon polis şöbəsinə məlumat daxil olub.  

Keçirilmiş əməliyyat zamanı Samir Quliyev saxlanaraq rayon polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.  

Daha sonra S.Quliyevin yaşadığı Həzi Aslanov küçəsində yerləşən mənzilə baxış keçirilib.  

Yataq otağında yerləşən paltar dolabından 10 ədəd kibrit qutusunda qablaşdırılmış ümumi çəkisi 39.46 qram marixuana aşkar edilərək götürülüb. 

Faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikasının CM-nin 234.2 maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq davam etdirilir. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri