Dek
2019
11:08
9
52
1456
Virtual karabakh

Məhkəmə şirkət xəzinədarını bıçaqlayan şəxslə bağlı qərar verdi

2 Dek, 2019
11:08
1456

Məhkəmə şirkət xəzinədarını bıçaqlayan şəxslə bağlı qərar verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində şirkət əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən Turan Kubuşovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb. 

Oxu.Az xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, T.Kubuşovun apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Hadisə ötən il aprelin 25-də Yasamal rayonunda “ZD Travel” şirkətinin qarşısında baş verib. Şirkətin xəzinədarı, 1989-cu il təvəllüdlü Tərxan Namazov 20 min manat pulla ofisdən çıxıb, avtomobilə tərəf gedərkən maskalı şəxs hücum edərək çantanı alıb qaçmaq istəyib.

Lakin Tərxan ona müqavimət göstərdiyi üçün cinayətkar silaha əl atıb və mühasibə 14 bıçaq zərbəsi vurub. Ətrafdakı taksi sürücülərinin hadisə yerinə yaxınlaşdığını görən maskalı şəxs oradan qaçaraq uzaqlaşıb. T.Namazov xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Kubuşov saxlanılıb. O, bir müddət “ZD Travel” şirkətinin rəhbəri Vəli Dünyamalıyevin sürücüsü işləyib.

1983-cü il təvəllüdlü T.Kubuşov Cinayət Məcəlləsinin 29,120.2-ci (qəsdən adam öldürməyə cəhd) və 181-ci (quldurluq) maddəsi ilə ittiham edilir.

T.Kubuşov məhkəmədə verdiyi ifadədə ittihamı qəbul etməyib və hadisə baş verən zaman başqa ərazidə olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri