4 
Dek
2019
11:50
21
154
5565
yuxarı
Sumqayıtda dəniz kənarında gənc kişinin meyiti tapıldı
4 Dek, 2019
11:50
5565
21
154
Sumqayıtda dəniz kənarında gənc kişinin meyiti tapıldı
Dekabrın 4-də səhər vaxtı Sumqayıt şəhərinin Sahil küçəsində, dənizkənarı bulvarda gənc kişinin meyiti aşkarlanıb.
Bu barədə Oxu.Az Sumqayıt şəhər hüquq-mühafizə orqanlarına istinadla xəbər verib.
Məlum olub ki, bu, 1996-cı il təvəllüdlü yerli sakin Nicat Adil oğlu Ağayevdir.
Hazırda ölənin yaxınları şəhər morqunu mühasirəyə alaraq, meyitin yarılmamasını tələb edirlər. Lakin tələb qanunsuz olduğu üçün məsələyə hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə edib. Polis əməkdaşları qaydanı və asayişi təmin etmək üçün hadisə yerinə gediblər.
İlkin məlumatlara görə, N.Ağayevin ölümü narkotikin həddindən artıq dozası nəticəsində baş verib.
Ölümün dəqiq səbəbi məhkəmə ekspertizasından sonra təyin ediləcək.
Ramella İbrahimxəlilova
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək