11 
Dek
2019
12:54
7
120
2222
Virtual karabakh

Bakıda kişi qonşusunu bıçaqlayıb qaçdı

11 Dek, 2019
12:54
2222

Bakıda kişi qonşusunu bıçaqlayıb qaçdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xəzər rayonu, Qala qəsəbə sakini, 43 yaşlı Ağalarov Əli Mirqubad oğlu baş vermiş münaqişə nəticəsində döş qəfəsi və kürəyindən iki bıçaq yarası alıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qanlı hadisə ilə nəticələnən konflikt 10 dekabr, gecə saat 20:00 radələrində baş verib.

Zərərçəkənə ağır bədən xəsarətləri yetirən şəxs Əli Ağalarovun qonşusu, 1980-ci il təvəllüdlü Abdinov Həmid İntiqam oğludur.

Cinayəti törədən şəxs hadisə yerindən qaçaraq gizlənib.

Hazırda Xəzər rayonu 1-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilər. 

Xəsarət alan şəxs ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

Baş vermiş bıçaqlanma hadisəsinin səbəbləri araşdırılır. 

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri