13 
Dek
2019
00:04
30
443
26092
Virtual karabakh

Bakıda yarıçılpaq bıçaqlı şəxslər insanlara hücum etdi - FOTO

13 Dek, 2019
00:04
26092

Bakıda yarıçılpaq bıçaqlı şəxslər insanlara hücum etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səbail rayonunda bıçaqlı 2 nəfər insanlara hücum edib.

Oxu.Az xəbər verir ki, hadisə Nizami küçəsində baş verib.

Belə ki, 2 nəfər yarıçılpaq vəziyyətdə əvvəlcə insanları təhdid edib. Onlar daha sonra əllərindəki bıçaqla ətrafdakılara hücum etməyə cəhd göstəriblər.

Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. 2 nəfər onları sakitləşdirməyə çalışan asayiş keşiçkilərinə də hücum etmək istəyib. Bu zaman xuliqanlar bıçaqla özlərinə xəsarət yetiriblər.

Polis əməkdaşları həmin şəxsləri saxlayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində araşdırma aparılır.

Kamil Əmirli

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri