13 
Dek
2019
19:58
121
18
2687
Virtual karabakh

Dörd ev və bir çayxanadan oğurluq edən şəxs tutulub

13 Dek, 2019
19:58
2687

Dörd ev və bir çayxanadan oğurluq edən şəxs tutulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astarada dörd evdən və bir çayxanadan oğurluq edən şəxs rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinə rayonun Şiyəkəran kəndində hazırda Rusiya Federasiyasında yaşayan Rinad Talıbova məxsus evdən məişət əşyalarının oğurlanması ilə bağlı müraciət olunub.

Oğurluğu törətməkdə şübhəli bilinən şəxs əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Astara rayonunun Şiyəkəran kənd sakini Raqif Mirzəyev olduğu müəyyən edilib. Saxlanıldıqdan sonra R.Mirzəyev üzərinə baxış zamanı ondan bir bükümdə heroin aşkarlanaraq götürülüb.

Aparılmış əməliyyat tədbirləri ilə R.Mirzəyevin daha üç həmkəndlisinin evindən və bir çayxanadan oğurluq etdiyi, əsasən sahiblərinin Rusiyada yaşadığı evləri hədəf seçdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri