Yan
2020
12:41
50
32
3825
Virtual karabakh

Ali Məhkəmə Ənvər Seyidovun çıxardığı bəraət hökmünü qüvvədə saxladı

8 Yan, 2020
12:41
3825

Ali Məhkəmə Ənvər Seyidovun çıxardığı bəraət hökmünü qüvvədə saxladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Etiqad Şəfiyevin barəsində olan hökmdən zərərçəkmiş tərəfindən verilən kassasiya şikayətinə baxılıb. 

Oxu.Az xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, zərərçəkmişin kassasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə prosesində E.Şəfiyevin barəsində bəraət hökmü çıxarılıb. Daha sonra zərəçəkmiş Rüstəmov Hafiz Muxtar oğlu apellyasiya şikayəti, həm də dövlət ittihamçısı apellyasiya protesti verib. 

Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini və apellyasiya protestini təmin etməyib. İttiham aktına görə, Etiqad Şəfiyev Hafiz Rüstəmovdan iş qurmaq adı ilə 103 min ABŞ dolları alıb. Bununla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. 

Zərərçəkən ifadəsində belə deyib:

“Aldanaraq verdiyim pulla Çin və Türkiyədən geyim mallarının alınaraq, Moskva bazarlarında satışının birlikdə təşkil olunacağı Etiqad tərəfindən mənə vəd edilmişdi.

Əslində, onun həmin vəd olunmuş malları konkret hansı tarixlərdə Çin və Türkiyədə kimlərdənsə alaraq Moskvadakı “Sadovoy” və “Lyublin” bazarlarına göndərməsi, Moskvaya hansı gömrük məntəqəsindən nə vaxt keçməsi, orada həmin malların kimlər tərəfindən və hansı qaimə ilə qəbul edilməsi barədə heç bir sübut yoxdur.

Etiqad mənə malın Moskvada kimdə olduğunu desin, gedim həmin malın faktiki sənədlərini və özünü görüm, onu geri alım və bununla da şikayətimi geri götürüm. Halbuki heç bir mal nə alınmayıb, nə də göndərilməyib. Faktiki olaraq, məndən ticarət adı ilə alınan pullar Şəfiyev Etiqad Lətif oğlu tərəfindən mənimsənilib”.

Ancaq məhkəmə prosesi zamanı iki şəxs arasında olan pul məsələsi ticarət uğursuzluğu kimi qələmə verilib və E.Şəfiyevə bəraət verilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri