Yan
2020
13:38
111
30
2103
Virtual karabakh

Bakıda evin talandıqdan sonra yandırılması ilə bağlı cinayət işi başlandı

8 Yan, 2020
13:38
2103

Bakıda evin talandıqdan sonra yandırılması ilə bağlı cinayət işi başlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi rayonu, Əliheydər Qarayev küçəsində yaşayış evinin talandıqdan sonra yandırılması ilə bağlı iddialar araşdırılır.

Bunu Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

E.Hacıyev qeyd edib ki, cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin etmək məqsədilə iş Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin nəzarətindədir:

“Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib. Hazırda digər zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri