10 
Yan
2020
10:49
28
173
3228
Virtual karabakh

Rusiyada üç azərbaycanlı qardaş taksi sürücüsünə hücum etdi

10 Yan, 2020
10:49
3228

Rusiyada üç azərbaycanlı qardaş taksi sürücüsünə hücum etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Sankt-Peterburq şəhərində üç azərbaycanlı saxlanılıb. 

“Moyke78” xəbər verir ki, tutulanların qardaş olduğu və taksi sürücüsünə hücum etdiyi bildirilib. 

Məlumatlara görə, hadisə yanvarın 9-u Sofiysk küçəsində baş verib. Qardaşlar sifariş etdiyi taksi sürücüsünə təzyiq göstərərək, 15 min rubl (415 AZN - red.) pulunu, mobil telefonunu, sənədlərini və iki bank kartını götürdükdən sonra hadisə yerindən qaçıblar. 

Qeyd edilib ki, saxlanılan şəxslərdən birinin 26 yaşı var, digər ikisi isə 18 yaşlı əkizlərdir. 

Faktla bağlı cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri