10 
Yan
2020
15:25
50
436
45442
Virtual karabakh

Nərmini öldürüb yandırmaqda şübhəli bilinən şəxs budur - FOTO

10 Yan, 2020
15:25
45442

Nərmini öldürüb yandırmaqda şübhəli bilinən şəxs budur - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuzda azyaşlı Nərmini qətlə yetirərək evlərinin yaxınlığında yandırmaqda şübhəli bilinən şəxsin fotosu əldə edilib.

News24.az əldə etdiyi fotonu təqdim edir. 

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri