11 
Yan
2020
00:33
19
175
6287
Virtual karabakh

Bakıda ev almaq üçün 15 min manat verdi, sonra ev sahibini güllələdi - MƏHKƏMƏ

Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Yan Raznobarskiy barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb. 

Oxu.Az xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib. 

2015-ci il iyunun 16-da Suraxanı rayonunun Əmircan qəsəbəsində silahlı insident baş verib. Belə ki, Mustafayev küçəsində yerləşən “Dostluq” kafesində Yasamal rayon sakini Yan Raznobarskiy aralarında yaranmış mübahisə zamanı üzərindəki lüləsi kəsilmiş tüfəngdən atəş açmaqla tanışı Murad Seyidovu yaralayıb. 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan zərərçəkənin həyatı xilas edilib.

İstintaqla müəyyən edilib ki, Yan Raznobarskiy Murad Seyidovla 2014-cü ilin may ayında, razılığa əsasən sonuncunun arvadına məxsus Əmircan qəsəbəsi, E.Həsənov küçəsindəki evə görə 15000 manat pul verib, qalan 25.472 manat pulu ipoteka yolu ilə təxminən bir ay müddətində ödəyəcəyinə söz verib. Göstərilən müddətdə pulu verə bilməyən Raznobarskiy Seyidovdan dəfələrlə möhlət istəsə də, borcunu ödəyə bilməyib. Sonuncu dəfə o, iyunun 15-dən borcunu tam şəkildə verəcəyini, əks halda alqı-satqı müqaviləsi yolu ilə qızı Məryəm Əzimovanın adına keçirilmiş evi qaytaracağına dair öhdəlik götürsə də, onu yerinə yetirə bilməyib. Beləliklə, ayın 16-da Yan Muradı öldürmək qərarına gəlib.

1992-ci ildən qanunsuz olaraq əldə edib, özündə saxladığı atəş açmaq üçün yararlı olan 16 kalibrli qoşalülə tüfəng kəsiyini götürərək, onu Əmircan qəsəbəsində fəaliyyət göstərən “Dostluq” kafesinə dəvət edib.

Saat 12 radələrində kafenin 3№-li otağında Murada orda gözləməsini bildirən Yan, həyətdəki taksi maşınının saxlanc yerindən selofan torbaya bükülmüş silahı götürüb, geri qayıdıb. Tətiyi çəkib atəş açaraq, Seyidova dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirib.

Murad yaralanmasına baxmayaraq, özünü itirmədən onu yerə yıxıb və silahı əlindən alaraq kabinetin qarşısından kənara atıb. Atəş səsinə və zərərçəkənin “kömək göstərilməsi” ilə bağlı çağırışlarına ora gələn kafenin işçiləri Seyidovun vaxtında xəstəxanaya çatdırılmasını təmin ediblər.

Raznobarskiy qeyd edib ki, borcunun qaytarılması ilə əlaqədar vaxt verməsinə və orada tikintini yekunlaşdırmaq məqsədi ilə, digər şəxsin pul yatırmasına razılıq almaq üçün qorxutmaq məqsədi ilə silahdan istifadə edib. İyunun 16-da Muradla “Dostluq” kafesində görüşüb, girişdən sol tərəfdə yerləşən kabinetdə oturublar. Silahı 1992-ci ildə yadında qalmayan şəxsdən Mərdəkan qəsəbəsində alıb və onu Əmircanda, gölün sahilində basdırıb. Ofisiant qapını döyüb içəri girmək istədikdə, Yan əli ilə qapını tutub onu içəri keçməyə qoymayıb və bir dəqiqə gözləməsini xahiş edib. Murada tərəf silahı tutaraq tətiyi çəkib. Seyidov əli ilə tüfəngin lüləsini tutaraq, üstünə gəlib və onlar yerə yıxılıblar. Murad qışqırmağa başlayıb, kafedə olanlar içəri giriblər. Yan onlara təcili yardım maşını və polis çağırmalarını tapşırıb.

Məhkəmə prosesində Yan Raznobarskiy elan edilən ittiham üzrə özünü təqsirli bilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 dekabr 2016-cı il tarixli hökmü ilə Raznobarskiy cinayət məcəlləsinin 29.120.2.5 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 15 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Raznobarskiy və onun müdafiəçisi tövsifi səhv, hökmü ədalətsiz hesab etdiyindən apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib, hökmü qüvvədə saxlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri