10 
Yan
2020
16:58
49
409
26301
Virtual karabakh

Qatilin Nərmini saxladığı otaqda qanabənzər ləkələr aşkarlandı

10 Yan, 2020
16:58
26301

Qatilin Nərmini saxladığı otaqda qanabənzər ləkələr aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərmin Quliyevanın Tovuz rayonunun Dondar Quşçu kəndində saxlanıldığı otaqda qanabənzər ləkələr aşkarlanıb. 

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib.

Bildirilib ki, istintaq-əməliyyat qrupu tərəfindən İlkin Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də, iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

Qeyd edək ki, hadisəyə görə Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İ.Süleymanov dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri