10 
Yan
2020
17:19
32
218
10180
Virtual karabakh

İmişlidə bıçaqlanaraq öldürülən, meyiti çaya atılan şəxs tanınmış güləşçinin qardaşı imiş - FOTO

10 Yan, 2020
17:19
10180

İmişlidə bıçaqlanaraq öldürülən, meyiti çaya atılan şəxs tanınmış güləşçinin qardaşı imiş - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişlidə törədilən qətllə bağlı yeni təfərrüat məlum olub.

Report xəbər verir ki, öldürülən şəxs Zaur Əzizovun sərbəst güləşçi Emin Əzizovun qardaşı olduğu müəyyənləşib.

E.Əzizov hazırda Bakıda yaşasa da, qardaşının itkin düşməsi xəbərini aldıqdan sonra İmişliyə gəlib. Onun da iştirak etdiyi bir neçə günlük axtarışlardan sonra Z.Əzizovun əvvəlcə avtomobilini, sonra isə özünü tapmaq mümkün olub.

Qeyd edək ki, E.Əzizov 66 kq çəkidə ikiqat Azərbaycan çempionu (2011, 2012), Qran-prinin 3 qat qalibi (2008, 2010, 2012), Avropa Çempionatının bürünc medalçısı (2008) olub, eləcə də Azərbaycanı 2008 Yay Olimpiya Oyunlarında təmsil edib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri