11 
Yan
2020
16:01
40
140
3451
Virtual karabakh

Bakıda 16 yaşlı qızı avtomobillə vurub öldürən şəxs hakim qarşısında

11 Yan, 2020
16:01
3451

Bakıda 16 yaşlı qızı avtomobillə vurub öldürən şəxs hakim qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Cəmil Atabalayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası yanvarın 14-nə təyin edilib. 

Hadisə ötən sentyabr ayında Xətai rayonu, “Ukrayna” dairəsi yaxınlığında baş verib. 1990-cı il təvəllüdlü Cəmil Atabalayev idarə etdiyi “Mercedes” markalı avtomobillə 2003-cü il təvəllüdlü Tünzalə Qəhrəmanovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai rayon Polis İdarəsi tərəfindən C.Atabalayevə Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə ittiham verilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri