13 
Yan
2020
09:40
12
122
2883
Virtual karabakh

Qubada mübahisə qanlı bitdi

13 Yan, 2020
09:40
2883

Qubada mübahisə qanlı bitdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubada keçmiş məhkum Digah kənd sakinini bıçaqlayıb.

Bununla bağlı DİN Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb. 

Belə ki, Quba rayonu Digah kənd sakini Coşqun Həsənbəyov bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilib. 

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən Bakı şəhər sakini, əvvəllər narkotik maddələrin satışı ilə məşğul olduğu üçün həbs olunmuş 44 yaşlı Rəşad Aydəmirov saxlanılıb.

O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, C.Həsənbəyova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri