13 
Yan
2020
18:57
100
42
3205
Virtual karabakh

Qanunsuz silah saxlayan Zərdab sakini tutuldu - FOTO

13 Yan, 2020
18:57
3205

Qanunsuz silah saxlayan Zərdab sakini tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, rayonun Bəyimli kəndi ərazisində Ucar rayon sakini Əlimirzə Əliyev qanunsuz olaraq üzərində odlu silah saxlamaqda şübhəli bilindiyi üçün tutularaq Zərdab RPŞ-yə gətirilib. Onun əlindəki çantaya hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 1ədəd “TOZ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı Ə.Əliyevə məxsus ov silahının müvafiq sənədlərinin olmadığı məlum olub.

Faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri