15 
Yan
2020
12:18
162
13
2087
Virtual karabakh

Bakıda narkotacirlər tutuldu

Bakının Xətai Rayon Polis İdarəsinin əməkdaşları Şirvan şəhər sakinindən beş kiloqramdan artıq marixuana götürüblər.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində 1957-ci il təvəllüdlü Mütəllim Məmmədqulu oğlu Abdullayev narkotik vasitəni potensial “alıcıya” (hansı ki, polis əməkdaşı bu rolda çıxış edib) satmaq istəyərkən tutulub.

Hazırda istintaq M.Abdullayevin əlbir olduğu şəxslərin müəyyənləşdirilməsi üzərində işləyir.

Eyni zamanda, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları ərazilərdə törədilmiş mənzil oğurluqlarını araşdırarkən, narkotik və psixotrop dərmanlar satan başqa bir satıcının izinə düşüblər.

Nəticədə, Abşeron rayonunun Güzdək qəsəbəsinin sakini, 1977-ci il təvəllüdlü Adil Əliağa oğlu Həsənov saxlanılıb. 40-cı Polis Bölməsinin əməliyyatçıları ondan satış üçün nəzərdə tutulmuş heroin, marixuana və metamfetamin aşkarlayıblar.

Qeyd edək ki, saxlanılan şəxs narkotik ticarəti ilə yanaşı, oğurlanmış əşyaların alınması ilə də məşğul olub.

İstintaq davam edir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri