18 
Yan
2020
06:35
22
105
6888
Virtual karabakh

Yeznəsini öldürən Rauf Şirinovun cinayət işi başa çatıb

18 Yan, 2020
06:35
6888

Yeznəsini öldürən Rauf Şirinovun cinayət işi başa çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində 2019-cu il iyunun 14-də  baş verən silahlı insident zamanı yeznəsini güllələyən, “Hozu” ləqəbi ilə tanınan Rauf Şirinovun cinayət işi başa çatıb. 

İstintaq zamanı hadisənin təfərrüatları məlum olub. Belə ki, iyunun 13-də Ramiz Məmmədov Rauf Şirinovun bacısı Məleykə Məmmədovanı onun və ailə üzvlərinin yanında nalayiq sözlərlə təhqir edib. Rauf  Şirinov bunu şəxsiyyəti, şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib və qisas niyyətilə yeznəsini öldürmək qərarına gəlib. Bundan əlavə cinayətkar onu da bildirib ki, yeznəsi yaxşı imkanı olduğu üçün ona daim  yuxarıdan-aşağı baxıb. 

O, içərisində 3 ədəd patron olan “Vinçester” tipli tüfənglə silahlanaraq, sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes” markalı avtomobillə Ramiz Məmmədovun iş yerinə gəlib. Təmir sexlərinin qarşısında dayanmış yeznəsinə, onun və ailə üzvlərinin yanında bacısını etdiyi təhqirlərə görə iradını bildirib, silahı ona nümayiş etdirməklə, real əsasla öldürəcəyi ilə hədələyib. Bu zaman Ramiz Məmmədov öz şəxsi avtomobilinə oturaraq Raufa onun ardınca gəlməsini deyib.

Təxminən 400 metr aralandıqdan sonra Ramiz qəflətən avtomobilini onun maşınının qabağında saxlayıb. Rauf yeznəsinin maşından düşdüyünü görüb, sükanı tərk etmədən elə avtomobilin içərisindən ona üç dəfə atəş açıb. Hadisədən sonra o, üç gün gizlənərək iyunun 17-də qarajdan götürdüyü silahla polisə təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o,13 il müddətinə azadlıqdan məhrum olunub.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri