18 
Yan
2020
14:21
340
18
4788
Virtual karabakh

Saxta spirtli içkilər satan şəxs tutuldu

18 Yan, 2020
14:21
4788

Saxta spirtli içkilər satan şəxs tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə saxta spirtli içkilər satan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində fəaliyyət göstərən üç kafedən ümumilikdə 62 ədəd müxtəlif adda və şüşə qablarda qablaşdırılmış, mənşəyi məlum olmayan və kustar üsulla hazırlanmış spirtli içkilər aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla həmin spirtli içkilərin Baş Göynük kənd sakini M.Alcanov tərəfindən satılması müəyyən edilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri