21 
Yan
2020
13:40
127
60
4634
Virtual karabakh

Azərbaycanda azyaşlıya təcavüz edən şəxs məhkəmə qarşısında

21 Yan, 2020
13:40
4634

Azərbaycanda azyaşlıya təcavüz edən şəxs məhkəmə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki Ağır Cinayətlər Məhkəməsində azyaşlı oğlana qarşı seksual xarakterli hərəkət etməkdə təqsirləndirilən A.M.-nin cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

Oxu.Az xəbər verir ki, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası fevralın 3-nə təyin edilib. 

İttihama görə, A.M. azyaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib. Uşağın valideynləri hadisədən xəbər tutub. Şikayət əsasında o, saxlanılıb.

A.M-nin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Xatırladaq ki, A.M.-nin cinayət əməli sübuta yetirilərsə, onu səkkiz ildən 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri