21 
Yan
2020
17:03
187
47
10156
Virtual karabakh

Kriminal avtoritet “Osman Gəncinski” ələ keçdi - FOTO/VİDEO

21 Yan, 2020
17:03
10156

Kriminal avtoritet “Osman Gəncinski” ələ keçdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş “Osman Gəncinski” kimi tanınan 28 yaşlı Osman Mərdənov saxlanılaraq Polis İdarəsinə gətirilib.

Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman bir ədəd üzərində “Makarov” sözü yazılan, qaz tapançası aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı evə baxış keçirilən zaman sellofan torbaya bükülmüş, buraxılış ili və nömrəsi silinmiş “Kalaşnikov AK 74” markalı avtomat, bir ədəd həmin avtomata aid daraq və 30 ədəd 5.45 mm kalibirli avtomat güllələri müsadirə edilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri