22 
Yan
2020
01:45
16
148
4870
Virtual karabakh

Bakıda söyüşə görə irad tutub, qətl törətdi - MƏHKƏMƏ

22 Yan, 2020
01:45
4870

Bakıda söyüşə görə irad tutub, qətl törətdi - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qətl törətməkdə təqsirləndirilən Pərvin Çərkəzovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 29-na təyin edilib. İttihama görə, hadisə ötən il iyunun 24-də Binəqədi rayonu, Ağamalıyev küçəsi, 6 saylı binanın qarşısında baş verib. Kamran Abdullayevin bud nahiyəsinə bir bıçaq xəsarəti yetirilib. O, Kliniki Tibbi Mərkəzə çatdırılan zaman çoxlu qan itirdiyindən dünyasını dəyişib. Araşdırmalar zamanı qətli daha əvvəl oğurluğa və avtomobil qaçırmağa görə məhkum olunan 22 yaşlı Pərvin Çərkəzovun törətdiyi məlum olub. 

Qeyd edilən şəxslər daha əvvəl bir-birini tanımayıblar. İki gənc arasında münaqişə ədəbsiz ifadələrin işlədilməsinə görə baş verib. Qızla gəzən K.Abdullayev telefonda kiminləsə kobud danışan P.Çərkəzovun yanından keçəndə ona narazılığını bildirib. O, P.Çərkəzovu əxlaqlı olmağa çağırıb. P.Çərkəzov isə iraddan sonra cibindən bıçağı çıxararaq K.Abdullayevə zərbə endirib. Daha sonra P.Çərkəzov hadisə yerindən qaçsa da, tutularaq istintaqa cəlb edilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri