22 
Yan
2020
14:38
80
18
3221
Virtual karabakh

Sifarişlə sevgilisinin ərini öldürən azərbaycanlı məhkəmə qarşısında

22 Yan, 2020
14:38
3221

Sifarişlə sevgilisinin ərini öldürən azərbaycanlı məhkəmə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada sifarişlə qətl törədən azərbaycanlının məhkəməsi olub.

Tv.29.ru-nun xəbərinə görə, bu gün Ruslan Mansurov hakim qarşısına çıxarılıb.

Arxangelsk Vilayət Məhkəməsində dindirilən Mansurov cinayəti etiraf etməyib.

O, özünü başqa ad və soyadla təqdim edərək, kənd təsərrüfatı ilə məşğul olan Gürcüstan vətəndaşı olduğunu deyib.

Gürcüstanda yaşadığını deyən şəxs üç övladı olduğunu, ikisinin Gürcüstanda, birinin isə Ukraynada yaşadığını bildirib.

O, ömürlük həbsə məhkum oluna bilər.

Xatırladaq ki, Ruslan Mansurov pul müqabilində sevgilisinin sifarişi ilə onun rəsmi nikahda olduğu ərini bıçaqlayaraq öldürüb.

Bundan sonra Azərbaycanda və Gürcüstanda gizlənib və 13 ildən sonra Odessa hava limanında saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri