24 
Yan
2020
04:09
120
15
4306
Virtual karabakh

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb – VİDEO

24 Yan, 2020
04:09
4306

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri saxlayıb.

Oxu.Az xəbər verir ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, rayonun Arazbarı kəndi ərazisində 2 nəfər İran vətəndaşları - Rövşən Nüsrəti və Rəsul Modiri axlanılaraq Biləsuvar Rayon polis şöbəsinə gətiriliblər.

İlkin baxış zamanı onların üzərindən 5 kiloqram 500 qram narkotik vasitə olan heroin, 5 kiloqram 300 qram narkotik vasitə tiryək, 5 kiloqram 600 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd “Makarov” tipli tapanca, həmin silaha aid 6 ədəd patron, 1 ədəd qaz balonu və 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb.

Dindirilmə zamanı məlum olub ki, onlar narkotik vasitələri iran vətəndaşı olan “Əli” adlı şəxsin sifarişi ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətiriblər.

Dırnaqarası qəhramanlar gətirdiklərini əvvəlcədən müəyən edilmiş yerdə gizlətdikdən sonra geri qayıtmaq istəsələr də, polis onların bu arzusunu ürəklərində qoyub.

Faktla bağlı müafiq əməliyyat tədbirləri davam etdirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri