28 
Yan
2020
04:04
139
11
3395
Virtual karabakh

Bakıda silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb - VİDEO

28 Yan, 2020
04:04
3395

Bakıda silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi polisi silsilə oğurluq etməkdə şübhəli bilinən şəxsi saxlıyıb.

Oxu.Az xəbər verir ki, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsi və ətraf ərazilərdə fərdi yaşayış evlərinə qənim kəsilən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Salamov tutularaq istintaqa təqdim edilib.

Araşdırma zamanı onun təkcə Binəqədi rayonu ərazisində 11 evdən ümumi dəyəri 50 min manat olan qızıl-zinət əşyaları və 80 min manata yaxın nağd pul oğurladığı məlum olub.

Vüsal Salamovun törətdiyi oğurluq hadisələrinin bir qismi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı cinayət məcəlləsinin müafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat istintaq tədbirləri davam etidirlir.

Vüsal Salmanovun əməllərindən zərər çəkən başqa vətəndaşlar DİN 102 zəng mərkəzinə yaxud, Binəqədi rayon polis şöbə və bölmələrinə müraciət edə bilərlər.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri