28 
Yan
2020
17:35
13
86
4452
Virtual karabakh

Məhkəmə ehtiyatsızlıqdan həmkəndlisini öldürən çobanla bağlı qərar verdi

28 Yan, 2020
17:35
4452

Məhkəmə ehtiyatsızlıqdan həmkəndlisini öldürən çobanla bağlı qərar verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə ehtiyatsızlıqdan adam öldürmədə təqsirləndirilən Saleh Tağıyevin barəsində olan hökmdən zərərçəkmişin hüquqi varisi tərəfindən verilən kassasiya şikayətinə baxılıb.

Oxu.Az xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmişin hüquqi varisinin kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2016-cı ilin dekabr ayının 14-də Kürdəmir rayonunun Sovla kəndi ərazisində baş verib.

Belə ki, kəndin otlaq sahəsində Sovla kənd sakini S.Tağıyevin ehtiyatsızlığı nəticəsində tüfəngdən açdığı atəşlə həmkəndlisi Anar Kərimova xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən A.Kərimov orada ölüb.

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Tağıyev tutulub, ondan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng götürülüb. 

Onun barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə S.Tağıyev iki il altı ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmişin hüquqi varisi Şirməmməd Kərimov apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra Ş.Kərimov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri