“Vor Mahir” ləqəbli narkotacir saxlanılıb
“Vor Mahir” ləqəbli narkotacir saxlanılıb
Qaradağda polis narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi yaxalayıb.
Oxu.Az xəbər verir ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbəsində yaşayan paytaxt sakini Mahir Yüzbəyov saxlanılıb.
Onun mənzilinə keçirilən baxış zamanı 540 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma zamanı Yüzbəyovun bir neçə gün əvvəl Qobustan rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün saxlanılan Elman Nərimanova narkotik vasitələr satdığı məlum olub.
Qeyd edək ki, Mahir Yüzbəyov yaşadığı Qobustan qəsəbəsində “Vor Mahir” ləqəbi ilə tanınır.
Saxlanılan şəxs ifadəsində yaşadığı qəsəbədə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Mahir Yüzbəyov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.