Fev
2020
14:54
102
30
3037
Virtual karabakh

Məhkəmə Mərkəzi Bankın şikayətini təmin etmədi

7 Fev, 2020
14:54
3037

Məhkəmə Mərkəzi Bankın şikayətini təmin etmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi Rayon Məhkəməsində Mərkəzi Bank tərəfindən “Avrora” MMC-yə qarşı qaldırılmış iddia üzrə məhkəmə prosesi keçirilib. 

Oxu.Az xəbər verir ki, Mərkəzi Bank şikayətində şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) ilə cərimələnməsini istəyib. 

Məhkəmə qərardad çıxararaq, işə xitam verib. 

Bundan sonra bank qərardan apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Hazırda şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri