Fev
2020
23:14
28
266
9069
Virtual karabakh

Gəncədə gənclərin davası qanlı bitdi: Biri ürəyindən, biri qolundan bıçaqlandı

7 Fev, 2020
23:14
9069

Gəncədə gənclərin davası qanlı bitdi: Biri ürəyindən, biri qolundan bıçaqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində gənclər arasında xəsarətlə nəticələnən dava olub. 

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə axşam saatlarında mərkəzi unverimağın yaxınlığında qeydə alınıb. 

Hələlik bilinməyən səbəbdən gənclər arasında yaranmış mübahisə zəminində 19 yaşlı Məhəmməd Məmmədov döş qəfəsindən bıçaqlanıb.  

Dalaşanları ayırmağa çalışan 26 yaşlı Nemət Məmmədov da sağ qolundan bıçaq xəsarəti alıb. 

Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. N.Məmmədov xəstəxananınTravmatologiyaya, M.Məmmədov isə Cərrahiyyə şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri