10 
Fev
2020
17:03
48
116
4178
Virtual karabakh

Goranboyda qətl törədən şəxs saxlanıldı

10 Fev, 2020
17:03
4178

Goranboyda qətl törədən şəxs saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində doğulan 1999-cu il təvəllüdlü Faiq İsgəndərovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

F.İsgəndərov fevralın 10-da saat 10:00 radələrində Qızılhacılı qəsəbəsində qətlə yetirilib.

Araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyənləşdirilib. Bu, qətlə yetirilən şəxsin qonşusu 1994-cü il təvəllüdlü Kamran Məmmədovdur. Əməliyyatçılar K.Məmmədovu hadisədən bir neçə saat sonra Gəncə şəhərində saxlayıblar.

Məlum olub ki, K.Məmmədov Rusiyada yaşayıb və Goranboy rayonuna məhz F.İsgəndərovu öldürmək üçün qəlib

İlkin məlumata görə, iki gənc arasında məişət zəminində münaqişə baş verib.

Qəsdən adam öldürmə faktı ilə əlaqədar cinayət işi açılıb, istintaq davam etdirilir. 

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri