11 
Fev
2020
11:47
206
30
9310
Virtual karabakh

Xızıda “avtoş” “Panthera094” və dostları tutuldu - VİDEO

11 Fev, 2020
11:47
9310

Xızıda “avtoş” “Panthera094” və dostları tutuldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xızı rayonunda avtoxuliqanlıq edən gənclər saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupu məlumat yayıb. 

Bildirilib ki, Xızı Rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də, yol hərəkəti iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradan üç sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Araşdırmalarla avtoxuliqanlıq hərəkətləri edən gənclərin Bakı şəhər sakinləri, N.Rüstəmov, F.Bağırov və X.Qubadov olduqları məlum olub. Hər üç sürücü idarə etdikləri Rusiya istehsalı olan “Niva” markalı avtomobillərlə Xızı rayonu ərazisində qarlı hava şəraitində təhlükəli manevrlər edərək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün ciddi təhlükə yaradıblar.

Yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də, nəqliyyat vasitələrinə konstruksiya dəyişiklikləri edərək, idarə edən bu şəxslər barəsində Xızı RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib və hər üç sürücü Xızı Rayon Məhkəməsi tərəfindən inzibati qaydada həbs edilib.

Qeyd edək ki, videoda görünən çəhrayı rəngli avtomobil Xızıda “Panthera094” kimi tanınır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri