12 
Fev
2020
17:10
70
47
4402
Virtual karabakh

Sərhəddə 260 kq heroinlə “ilişən” sürücüyə bəraət verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmaqda təqsirləndirilən İmamverdi Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bu barədə Oxu.Az-a vəkil Hafiz Ələsgərov məlumat verib. 

Onun sözlərinə görə, məhkəmə İ.Ağayevin əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verib:

“Bundan sonra prokuror tərəfindən apellyasiya protesti verildi. Lakin Şirvan Apellyasiya Məhkəməsi bəraət hökmünü qüvvədə saxladı”.

Xatırladaq ki, Astara gömrük keçid məntəqəsində, idxal gömrük nəzarəti xəttində Azərbaycan Respublikasının vətəndaşı Ağayev İmamverdi Abusət oğlunun idarə etdiyi “Mercedes-Benz Axor” markalı, 99DM054/99ZA371 nömrəli yük nəqliyyat vasitəsi risk analizləri nəticəsində saxlanılıb, gömrük və sərhəd xidmətinin əməkdaşları ilə birgə avtomobilə baxış keçirilib.

Həmin nəqliyyat vasitəsində olan “Sodium Karbonat” yükünün Azərbaycandan tranzit keçməklə, İranın “Mojtaba Shage Azar” şirkətindən Ukrayna Respublikasının “LLC Lisintra” şirkətinin ünvanına aparılması nəzərdə tutulub.

Nəqliyyat vasitəsi öncə stasionar rentgen qurğusu ilə yoxlanılıb və avtomobilin qoşqusunda olan “Sodium Karbonat” yükünün arasında şübhəli cizgilər müşahidə edilib. Bu səbəbdən qoşqudakı 20 ədəd paletdə, cəmi 800 ədəd polietilen torbada olan “Sodium Karbonat” yükü boşaldılıb və həmin yükə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. 

Xidməti it yükə reaksiya verdiyi üçün isə bütün polietilen torbalar açılaraq təkrar yoxlanılıb. Bu zaman iki ədəd paletdə - üzərində “Najı Sodium Bicarbonate Fire Extinguıshıng Powder” sözləri yazılmış 25 ədəd polietilen torbada ümumi çəkisi 260 kq narkotik vasitə aşkar edilib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən narkotik vasitə kustar üsulla hazırlanmış heroindir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri